Qazaxıstanın qərbində Mi-8 helikopterinin sərt enişi nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Qazaxıstan Mülki Aviasiya Komitəsindən verilən yazılı açıqlamada yerli vaxtla saat 16.00-da 5 heyət və 1 sərnişin olan Mİ-8 helikopterinin Oral şəhərindən 54 kilometr aralıda boş yerə sərt eniş etdiyi bildirilib.
Açıqlamada bildirilib ki, saat 19:00 radələrində hadisə yerinə gələn xilasetmə qrupu sərt eniş zamanı ekipajdan 4 nəfərin öldüyünü müəyyən edib və 2 nəfəri xilas edib.
Helikopterdəki sərnişinin Qazaxıstanın Milli Neft Nəqliyyatı Şirkətinin “Kaztransoil” şirkətinin nümayəndəsi olduğu və şirkətin sifarişi ilə bölgədəki boru kəmərinə baxış keçirmək üçün havaya qalxdığı öyrənilib.
Polis qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb.