Vətəndaşların pensiyaya çıxma yaşı: “Azərbaycan MDB-nin lider ölkəsidir”backend

Vətəndaşların pensiyaya çıxma yaşı: “Azərbaycan MDB-nin lider ölkəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yükün bu qədər yüngül olması Azərbaycanın indiki maliyyə şərtlərində daha yüksək məbləğdə pensiya təmin etməsi üçün imkan yaradır”.

İnterpress.az xəbər verir ki, bu sözləri ölkədə pensiyaya çıxma yaşı ilə bağlı vəziyyəti şərh edən iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın minimum və orta pensiya üzrə lider olduğu uzun müddətdir mediada tirajlanır:

“Azərbaycan əhalinin hər 1000 nəfərə düşən pensiyaçıların sayına görə aşağı pillədə qərarlaşan ölkələr sırasındadır. Məsələn, hazırda Azərbaycanda hər 1000 nəfər hesabı ilə 118 nəfərə pensiya ödənir. Amma bu göstərici Rusiyada 290, Belorusda 270, Ukraynada 265, Gürcüstanda 212, Moldovada 195, Ermənistan və Qazaxıstanda 155, Qırğızıstanda 122 nəfər təşkil edir. Azərbaycan yalnız Tacikstan və Özbəkistandan öndədir pensiyaçı sayına görə.
Pensiyaçı sayının 2 dəfə az olması pensiya sisteminin maliyyə yükünün də 2 dəfə yüngül olması deməkdir. Yükün bu qədər yüngül olması Azərbaycanın indiki maliyyə şərtlərində daha yüksək məbləğdə pensiya təmin etməsi üçün imkan yaradır. Pensiyaçıların sayının az olmasının əsas səbəblərindən biri heç şübhəsiz ki, pensiya yaşı ilə bağlıdır. Hazırda Azərbaycan həm də pensiyaya çıxma yaşına görə də MDB-nin lider ölkəsidir”.