ABŞ Ukraynaya əlavə təhlükəsizlik yardımı göstərəcək.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bildirib.
Onun sözlərinə görə, Ukraynaya təhlükəsizlik üçün əlavə 2 milyard dollar yardım ayrılıb.
Sallivan bildirib ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri bu ölkəyə yardım çərçivəsində daha çox sursat və yüksək texnologiya daxil olmaqla yeni yardımlar gətirib.
“Birləşmiş Ştatlar bu gün Ukraynaya əlavə 2 milyard dollarlıq təhlükəsizlik yardımı paketi elan edib”, – deyə Sullivan bildirib.