ABŞ bu gün Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bildirib.
Onun sözlərinə görə, yeni sanksiya elanı müharibənin ildönümü ilə əlaqədar olaraq bu gün ərzində elan ediləcək.