“İrəvan intensiv şəkildə danışıqları təhrifetmə ilə məşğuldur” – RƏYbackend

“İrəvan intensiv şəkildə danışıqları təhrifetmə ilə məşğuldur” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan onlayn diplomatiyaya keçib.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, sülh mətni üzrə şərtlər də internet üzərindən ötürülür: “Bunun müsbət yanı odur ki, tərəflər vasitəçi olmadan təmas qura, müzakirə apara bilirlər və bu, üçüncü qüvvələrin maraqlarını nəzərə almaq məcburiyyəti yaratmır, həmçinin, normallaşma prosesini sürətləndirə bilər”.

“Lakin Ermənistan hakimiyyətinin sərgilədiyi mövqe fonunda mənfi tərəfi də var. Rəsmi İrəvan intensiv şəkildə danışıqları təhrifetmə ilə məşğuldur. Vasitəçilərlə danışıqlarda ən azı “şahid” olur, birbaşa təmaslarda yalan tirajlama imkanları daha çoxdur. Misal üçün, Bakının hansısa şərtini “qulaqardına” vurmaq üçün lazım olanda “məktub çatmadı” taktikasından istifadə edə bilərlər”, – o bildirib.