İranda “terror və təxribat aktları” hazırlamaqda ittiham olunan çoxlu sayda insan saxlanılıb.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Onların ilaxır çərşənbə gecəsi keçiriləcək “Çərşənbə Suri” şənliklərində terror törətmə planları ifşa edilib.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində paytaxt Tehranda 21 nəfərin terror aktı həyata keçirməyi planlaşdırdığı müəyyən edilib.