Cəlilabad rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat veriblər.
Şahidlərin sözlərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 4 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.
Qəza nəticəsində xəsarət alanlar var.
Yaralılar hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım maşınları ilə xəstəxanaya yerləşdirilib.