Şanlıurfanın Ceylanpınar rayonunda Suriyadan ölkəyə keçməyə çalışan 2 terror təşkilatı PYD/PKK üzvü yaxalanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyi barədə məlumat alan təhlükəsizlik qüvvələri sərhəd xəttində tədbirləri gücləndirib.
Komandalar sərhəd xəttində PYD/PKK üzvü olduğu müəyyən edilən 2 terrorçunu yaxalayıb.
Sağlamlıq yoxlamasından keçən terrorçuların açıqlama prosesi başlayıb.