Slovakiya Ukraynaya Sovet istehsalı olan 4 Miq-29 tipli təyyarə göndərirbackend

Slovakiya Ukraynaya Sovet istehsalı olan 4 Miq-29 tipli təyyarə göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın müdafiə naziri Yaroslav Nad Ukraynaya göndəriləcək Sovet istehsalı olan 13 “Miq-29” tipli döyüş təyyarəsindən ilk 4-nün təhvil verildiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.

Slovakiyanın müdafiə naziri Yaroslav Nad Twitter hesabından verdiyi açıqlamada ilk 4 ədəd Miq-29-un Ukraynaya çatdırıldığı barədə məlumat paylaşıb.

Ukraynanın ehtiyacı olduğu müddətdə Slovakiyanın yardım göndərməyə davam edəcəyini qeyd edən Nad, ərazisi Rusiya tərəfindən hücuma məruz qalan Ukraynanın dəstəyə layiq olduğunu bildirib.

2022-ci ilin sentyabrında istifadədən çıxardığı 13 Sovet istehsalı olan “Miq-29” təyyarəsini Ukraynaya bağışlamaq fikrinə yaşıl işıq yandıran Slovakiya martın 17-də bu döyüş təyyarələrini Kiyev rəhbərliyinə təhvil vermək qərarına gəlib. .