Günəşdən 30 milyard dəfə böyük olan Qara dəlik kəşf edildibackend

Günəşdən 30 milyard dəfə böyük olan Qara dəlik kəşf edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astronomlar müasir texnologiyanın imkanlarından istifadə edərək kainatda indiyədək ən böyük qara dəliklərdən birini tapıblar.

Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.

Sözügedən qara dəliklə bağlı tapıntılar Royal Astronomical Society-nin aylıq bildirişlərində dərc edilib.

Buna uyğun olaraq, Durham Universitetinin alimləri “qravitasiya linzaları” üsulundan istifadə edərək Günəşdən 30 milyard dəfə böyük qara dəlik aşkar ediblər.

Araşdırmaya rəhbərlik edən Dr. James Nightingale deyib: “Mən astronom olsam da, bunun nə qədər böyük olduğunu anlamaqda çətinlik çəkirəm”.

Nightingale qara dəliyin kainatdakı əksər qalaktikalardan daha böyük olduğunu və astronomiya anlayışının sərhədlərini üstələdiyini bildirib.