Türkiyədə zəlzələ bölgəsində 13 400 evin tikintisinə başlanılıbbackend

Türkiyədə zəlzələ bölgəsində 13 400 evin tikintisinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələ bölgəsində 13 min 400 evin tikintisinə başlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ekologiya, şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum zəlzələ bölgəsində tikiləcək 143 min kənd evindən 13 min 400-nün inşaat prosesinə başladıqlarını açıqlayıb.

Qeyd edilib ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra 11 vilayəti əhatə edən fəlakət bölgəsində daimi yaşayış evi və kənd evləri də daxil olmaqla 70 min evin tikinti prosesi fasiləsiz olaraq davam edir.

Kənd evlərinin layihələri regional ehtiyaclar, yerli memarlıq və yaşayış şəraiti nəzərə alınmaqla 5 müxtəlif növdə tərtib edilmişdir. Bütün mənzillər orta ümumi sahəsi 122-127, xalis sahəsi 102-106 kvadratmetr və 3 plus 1 otaqlı olmaqla planlaşdırılıb.

Layihələrdə maldarlıqla məşğul olanlar və tövlələrindən istifadə oluna bilməyənlər üçün ümumi sahəsi 85 kvadratmetr olan tövlələr və 78 kvadratmetr torlu tövlələr nəzərdə tutulub.