Keniyalı ailə Cənubi Sudan liderinin itirilmiş pasportunu 30 ildən sonra qaytarıbbackend

Keniyalı ailə Cənubi Sudan liderinin itirilmiş pasportunu 30 ildən sonra qaytarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyalı bir ailə Cənubi Sudan prezidenti Salva Kiir Mayarditin 30 il sonra təyyarə qəzasında itirdiyi pasportunu geri qaytarıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

1993-cü ildə Keniyanın Baringo bölgəsində 6 sərnişinlə qəzaya uğrayan Kiirin təyyarəsinin qalıqları kənd sakinləri tərəfindən illərdir gizlədilib.

Sənədləri qəza yerində saxlayan ailə bu gün kəndlərində təşkil olunan mərasimlə bütün əşyalarını Cənubi Sudanın Prezident İşləri Naziri Barnaba Benjamin-ə təhvil verib.

Benjamin Cənubi Sudanın təşəkkür olaraq bölgədəki bir xəstəxanada travma mərkəzi quracağını ifadə etdi.

Həmin vaxt Cənubi Sudan Xalq Azadlıq Ordusunun başında olan Kiirlə birlikdə olan şəxslərdən biri qəza zamanı dünyasını dəyişib. Keniyanın paytaxtı Nayrobidən Cənubi Sudana uçan təyyarədə Norveç həkimləri və Britaniya vətəndaşı da olub.

Cənubi Sudan 2011-ci ildə Sudandan müstəqilliyini elan edib.