İran 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfir təyin edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bu vəzifəyə Xarici İşlər Nazirliyinin xaricdəki iranlıların baş direktoru Rza Əmiri təyin olunub.
Qeyd olunub ki, Əmiri tezliklə yeni işinə başlamaq üçün Əbu-Dabiyə gedəcək.
Rza Əmiri daha əvvəllər diplomat kimi İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri vəzifəsində çalışıb.