İtaliyanın keçmiş baş naziri və “Forza İtaliya” Partiyasının lideri Silvio Berluskoni bir həftəlik fasilədən sonra yenidən xəstəxanaya yerləşdirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
86 yaşlı Berluskoni ürək-damar problemlərinə görə bu səhər Milanda San Raffaele xəstəxanasında əməliyyat olunub.
Bildirilib ki, Berluskoninin ürək-damar cərrahiyyəsinin reanimasiya şöbəsində müalicəsi davam edir.
Keçmiş baş nazirin vəziyyəti stabildir.
Qeyd edək ki, Silvio Berluskoni martın 27-də nəzarət üçün San Raffaele Xəstəxanasına aparılıb və üç gündən sonra martın 30-da evə buraxılıb.
1994-2011-ci illər arasında İtaliyada ən uzun müddət baş nazir vəzifəsini icra edən Berluskoniyə 2020-ci ilin sentyabrında Kovid-19 diaqnozu qoyulub.