Şuşada təbiət hadisələrindən olan göy qurşağı müşahidə olunub.
Bu barədə İnterpress.az xəbər verir.
Belə ki, bu gün günorta saatlarından etibarən yağan yağışın müşayiəti ilə Şuşa səmasında göy qurşağı öz əksini tapıb.
Təbiət hadisəsini şəhər ərazisində aydın müşahidə etmək mümkün olub.