ABŞ Ədliyyə Nazirliyi 2017-ci ildə Texas kilsəsində baş verən atışmalarda həlak olan 26 nəfərin ailələrinə 144 milyon dollardan çox təzminat ödəməyə şərti razılıq verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ədliyyə Nazirliyi Baş prokurorunun müavini Vanita Qupta 2017-ci ildə kilsəyə hücumda ölən 26 nəfərin ailəsi ilə nazirlik arasında əldə olunan razılaşma ilə bağlı yazılı açıqlama verib.
Baş prokurorun müavini Qupta bildirib ki, sövdələşmə məhkəmənin təsdiqinə tabedir.
ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş üzvü Devin Patrick Kelley 2017-ci il noyabrın 5-də Texas ştatının Sazerlend Sprinqs şəhərindəki Baptist kilsəsinə silahlı hücum edib, nəticədə 26 nəfər ölüb, 20 nəfər yaralanıb.
Hücumda ölənlərin ailələrinin laqeyd qalması səbəbiylə federal hökumətə qarşı iddia qaldırılıb.
2021-ci il iyulun 7-də San Antonio federal dairə məhkəməsində baxılan işdə hakim hücuma görə ABŞ Hərbi Hava Qüvvələrinin 60 faiz məsuliyyət daşıdığına qərar verib.
Qərarda Kellinin 2014-cü ildə məişət zorakılığı səbəbiylə 5 il işlədiyi ABŞ Hərbi Hava Qüvvələrindən qovulduqdan sonra silah almasına mane ola biləcək hadisənin federal məlumat bazasına daxil edilməməsi faktı açıqlanıb.