Boston şəhərinin mərkəzində təlim keçirən FTB və ABŞ Ordusu Xüsusi Əməliyyatlar Komandanlığının üzvləri yanlış otel otağına basqın edərək içəridəki şəxsi saxlayıblar.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığı çaşqınlığa görə üzr istəyib.
FTB heç kimin xəsarət almadığını bildirib.
Boston Polis İdarəsinin məlumatına görə, insident Boston Common otelində baş verib.
Məlumata görə, onun otel otağında tapılan və federal hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxs Delta Air Lines əməkdaşıdır.