Antarktidada nəhəng aysberq sürtətlə əriməyə başlayıbbackend

Antarktidada nəhəng aysberq sürtətlə əriməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antarktidada nəhəng aysberq sürtətlə əriməyə başlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Alimlər aysberqin gözləniləndən daha tez əriyə biləcəyi qənaətinə gəlib.

Belə ki, İngiltərənin Nyukasl Universitetinin bir qrup alimi araşdırma aparıb. Araşdırma “Nature” jurnalında dərc olunub.

Tədqiqatda Norveç dəniz dibi və dənizdəki buz təbəqələri araşdırılıb.

Alimlər müəyyən ediblər ki, Norveç sahillərindəki buz təbəqələri gündə 600 metrə qədər geri çəkilir.

Araşdırmalar nəticəsində Antarktidadakı buzlaq kütlələrinin gündə 30 metrdən çox geri çəkildiyi bildirilib.

Bundan əlavə, araşdırmada iqlim dəyişikliyi səbəbindən Antarktidada buz təbəqələrinin əriməsinin okeanlarda suyun səviyyəsinin təxminən 1 santimetr yüksəlməsinə səbəb olduğu qeyd edilib.

Araşdırmanın nəticəsinin Qrenlandiya və Antarktidadakı buzların nə qədər sürətlə əriyə və qlobal dəniz səviyyəsini yüksəldə biləcəyinə aydınlıq gətirəcəyi bildirilir.