Fransada içməli suyun pestisidlərlə çirkləndiyi aşkarlanıbbackend

Fransada içməli suyun pestisidlərlə çirkləndiyi aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada içməli suyun pestisidlərlə çirkləndiyi müəyyən edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Fransa daxilində içməli su şəbəkələrindən götürülmüş iki nümunədən ən azı birində əhəmiyyətli xlorotalonil qalıqları aşkar edilib.

Syngenta aqrokimya şirkəti tərəfindən satışa çıxarılan və kənd təsərrüfatında istifadə edilən dərman Fransada 2020-ci ildən qadağan edilsə də, aparılan araşdırmalarda içməli su şəbəkəsində əhəmiyyətli dərəcədə aşkar edilib.

Ölkədə 3 ildən bir mütəmadi olaraq şəbəkə suyunu yoxlayan ANSES son yoxlamalarda 157-dən çox pestisid aşkar edib. Bundan başqa, aparılan təhlillər nəticəsində ölkənin magistral sularında Birinci Dünya Müharibəsindən qalma 57 növ partlayıcı qalıq aşkar edilib.

Fransanın müvafiq qurumu, sözügedən bakteriya və nümunələrin insan sağlamlığına qısa müddətli olmasa da uzunmüddətli mənfi təsir göstərə biləcəyi şübhəsi ilə içməli suyun ehtiyatla istehlak edilməsini təklif edib.