İsveçrədə qar uçqunu nəticəsində ölənlərin sayı azalıbbackend

İsveçrədə qar uçqunu nəticəsində ölənlərin sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədə bu qış həmişəkindən daha sərt keçsə də, Alp dağlarında qar uçqunlarımdan ölənlərin sayı azalıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bu qış İsveçrə Alp dağlarında 2022-ci ilin noyabrından 2023-cü ilin mart ayına qədər 12 qar uçqunu olduğu, 15 nəfərin itkin düşdüyü bildirilib.

İsveçrədə son 20 ildə hər il təxminən 100 qar uçqunu hadisəsi bildirilərkən, bu səbəbdən orta hesabla 23 nəfərin həyatını itirdiyi qeyd edilib.

Bu il qarın azalması ilə əlaqədar qar uçqunu və ölüm hallarında azalma müşahidə olunub.

Bu il İsveçrə Alplarında 2000 metrdən yuxarı dağlarda qar yağdığı halda, aşağı bölgələrə kifayət qədər qar yağmayıb.

İsveçrədəki xizək kurortları bu il Avropada mövsümi normalardan yüksək temperatura görə gözləniləndən aşağı mövsüm keçirib.