Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa Brüsseldəki təmasları çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nazir Hayaşi bildirib ki, Yaponiya hökuməti Rusiyanın hücumlarını davam etdirdiyi Ukraynaya müxtəlif sektorları əhatə edən 7,6 milyard dollar yardım etməyi öhdəsinə götürüb.
May ayında G7 Liderlər Sammitinə ev sahibliyi edəcək Yaponiyanın baş naziri Ukrayna prezidenti Vladimir Zelenskini onlayn rejimdə sammitdə iştiraka dəvət edib.