ABŞ-lı iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti SpaceX orbitə rabitə peyki göndərib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şimali Amerikadakı istifadəçiləri əhatə etmək üçün yüksək geostasionar rabitə peyki olan Intelsat-40e-ni daşıyan Falcon-9 raketi yerli vaxtla saat 12:30-da Floridadakı Cape Canaveral Kosmik Qüvvələri bazasından uğurla buraxılıb.
Maxar Technologies tərəfindən istehsal edilən təxminən 5.440 kiloqram ağırlığında olan Intelsat-40e-nin bu missiya çərçivəsində Şimali Amerikada hava çirkliliyini yüksək dəqiqliklə və saat başı ölçəcək NASA vasitəsi TEMPO-ya ev sahibliyi edəcəyi öyrənilib.
ABŞ-lı milyarder iş adamı İlon Maskın əsasını qoyduğu kosmik nəqliyyat şirkəti SpaceX-ə Falcon 9, Falcon Heavy, Starlink, Dragon Cargo və Starship kimi kosmik missiya vasitələri daxildir.
Məlumdur ki, şirkət kosmik daşımaların xərclərini azaltmaq məqsədi ilə yaradılıb.