Boya materialları daşıyan yük maşını aşıb: 1 nəfər ölüb, 6 nəfər yaralanıbbackend

Boya materialları daşıyan yük maşını aşıb: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda boya materialları daşıyan yük maşınının aşaraq yanması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Özbəkistanın Daşkənd-Oş avtomobil yolunda boya daşıyan yük maşını aşıb.

Yola tökülən boya alovlanıb və hadisə yerinə yanğınsöndürənlər göndərilib.

Qəzada yük maşını sürücüsünün həyatını itirdiyi, 6 nəfərin yaralandığı bildirilib.

Təhlükəsizlik kamerasına əks olunan qəza anlarında yük maşınının aşması ilə yanğının başladığı və alovun yolun hər iki zolağını bürüdüyü görülüb.