Afrikalıların 48 faizi səhiyyə xidmətlərindən istifadə edə bilmir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı afrikalıların 48 faizinin ehtiyac duyduqları səhiyyə xidmətlərinə çıxışı olmadığını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Zimbabve ofisi, Ümumdünya Sağlamlıq Gününün bir hissəsi olaraq, Afrikalıların 48 faizinin zəif sağlamlıq sistemləri və maliyyə maneələri, eləcə də ixtisaslı tibbi xidmətə çıxışın olmaması səbəbindən ehtiyac duyduqları sağlamlıq xidmətlərindən istifadə edə bilmədiklərini söyləyib.
Açıqlamada, Saharaaltı Afrikada səhiyyə xərclərinin təxminən 25 faizinin xalqın cibindən çıxdığı və “Bu vəziyyətin yoxsulluq həddində olan milyonlarla insanın vəziyyətini pisləşdirdiyi” qeyd edilib.