Alp dağlarında qar uçqunu: azı 4 nəfər ölübbackend

Alp dağlarında qar uçqunu: azı 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Alp dağlarında qar uçqunu nəticəsində azı 4 nəfərin öldüyü açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hadisə bazar günü günorta saatlarında Fransanın cənub-şərqindəki Mont Blan yaxınlığındakı Armancet buzlağında baş verib.

Rayon merinin müavini bildirib ki, ölənlərdən ikisi dağ bələdçisidir.

Yaralıların xəstəxanaya aparıldığı, 2 nəfərin hələ də itkin düşdüyü açıqlanıb.

Uçquna dağın zirvəsindən yağan qar qatının səbəb olduğu bildirilib.

İtkin düşən iki şəxsin axtarışlarının bu gün bərpa olunacağı gözlənilir.