Fransanın Marsel şəhərinin La Plaine rayonunda dünən partlayışın baş verdiyi binada 2 nəfərin cəsədi tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 6 nəfərin taleyindən xəbər yoxdur və axtarış-xilasetmə işləri davam etdirilir.
Partlayışdan sonra dağıntı zamanı yanğın başlayıb və yanğını söndürmək üçün əraziyə 100-ə yaxın yanğınsöndürən cəlb olunub.