Tunis sahillərində miqrantları daşıyan 2 qayıq batıb: 4 ölübackend

Tunis sahillərində miqrantları daşıyan 2 qayıq batıb: 4 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisin cənub sahillərində qeyri-qanuni miqrantları daşıyan 2 qayığın batması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Həmin qayıq Afrika ölkələrindən qeyri-qanuni mühacirləri daşıyırmış:

“Sfax şəhərindən 35 mil uzaqlıqda batan qayıqda olan 17 nəfər xilas edilib, 20-yə yaxın immiqrant isə itkin düşüb. Mühacirlərin axtarış-xilasetmə işləri davam edir”.

Sfaks sahillərində batan ikinci qayıqda 43 qeyri-qanuni miqrant olub, 36 miqrant xilas edilib, 4 nəfərin cəsədi tapılıb, 3 nəfər isə dənizdə itib.

Qeyd edək ki, hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya səyahət etmək üçün Tunisə gəlir. Tunisdə mühacir məhəllələrində yaşayan mühacirlərin bir qismi Avropaya çatmağı bacarsa da, bəziləri dənizdə ölür.