Kanadanın Toronto şəhərində səhər namazından sonra avtomobilini idarə edən təcavüzkar saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hadisə regionun ən qədim və ən böyük məscidi olan Markham İslam Cəmiyyəti Məscidinin dayanacağında baş verib.
Səhər namazı vaxtı məscidə gələn 28 yaşlı Şəran Karunakaran avtomobilini məscidin dayanacağında müsəlmanlardan birinin üzərinə sürüb.
Məlumatda Karunakaranın hücumdan əvvəl maşını ilə məscidə girdiyi, camaata söyüşlər yağdırdığı və Quranı parçaladığı bildirilib.
Hadisədən sonra qaçan təcavüzkar polis tərəfindən saxlanılıb.
Karunakaran aprelin 11-də təhdid, hücum və təhlükəli avtomobil sürmək ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Polis hücumçunun sərbəst buraxılmadığını və məhkəmə tarixinə qədər həbsdə qalacağını açıqlayıb.