Bolqarıstanın yeni parlamenti aprelin 12-də ilk iclasını keçirəcəkbackend

Bolqarıstanın yeni parlamenti aprelin 12-də ilk iclasını keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın yeni parlamenti aprelin 12-də ilk iclasını keçirəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bolqarıstanda aprelin 2-də keçirilən növbədənkənar seçkilərdən sonra prezident Rumen Radev aprelin 12-də keçiriləcək 49-cu dövr parlamentinin ilk iclasının keçirilməsi haqqında fərman imzalayıb.

Seçkilərdə 6 partiya və koalisiya 4 faizlik baryeri keçərək 240 üzvlü parlamentə daxil olub.

Keçmiş baş nazirlərdən biri Boyko Borisovun rəhbərlik etdiyi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) partiyası 69 üzvlə ən böyük qrupa sahib olacaq.

Sağçı Dəyişikliyə Davam et – Demokratik Bolqarıstan Koalisiyasının 64, populist rusiyayönlü Vizrajdane (Doğuş) partiyasının isə 37 deputatı olacaq.

Üzvlərinin əksəriyyəti türk və müsəlmanlardan ibarət olan Haqq və Azadlıqlar Hərəkatı (HÖH) 36 deputatla parlamentdə 4-cü böyük güc olacaq.

Keçmiş kommunist partiyasının xətti ilə siyasət aparan Rusiyayönlü Bolqarıstan Sosialist Partiyası (BSP) parlamentdə 23 yer tutacaq.

Barajı sərhədi keçən populist şoumen Slavi Trifonovun rəhbərlik etdiyi belə bir Xalq Var (ITN) partiyası 11 nəfərlik ən kiçik qrupla təmsil olunacaq.

Konstitusiya proseduruna görə, ilk iclasda parlamentin sədri və prezident şurasının üzvləri seçiləcək. Partiya liderləri siyasi məqsədlərini açıqlayan bəyanatlarla çıxış edəcəklər.

Prezident Radev parlament qüvvələri ilə danışıqlar apardıqdan sonra ilk növbədə hökuməti qurmaq tapşırığını müvafiq olaraq ən böyük qruplar olan partiyalara verəcək. Əgər uğursuz olarsa, üçüncü siyasi partiyaya növbədənkənar seçkilər yenidən təyin edilməzdən əvvəl son şans veriləcək.

Siyasi partiyalar artıq elan etdikləri qırmızı xətlərlə bağlı razılığa gələ bilməsələr, Bolqarıstan iyulda 6-cı dəfə növbədənkənar ümumi seçki keçirə bilər.