Biləsuvarda yol qəzası olub, sürücünün vəziyyəti ağırdırbackend

Biləsuvarda yol qəzası olub, sürücünün vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Belə ki, “Maz” markalı yük avtomobili ilə “Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində sonuncunun sürücüsü, həmin kənd sakini, 2003-cü il təvəllüdlü A. Heydərov xəsarət alıb.

Yaralı ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına aparılıb. Məlumata görə, onun həyatı təhlükəsi vardır.

Faktla bağlı araşdırma aparılır.