Nigeriyada heyvandarlıqla məşğul olan Fulanilərlə fermerlər arasında zaman zaman qarşıdurmaların yaşandığı Benue əyalətində 5 gündə həyata keçirilən silahlı hücumlarda 134 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Benue qubernatoru Samuel Ortom verdiyi açıqlamada, son 5 gündə əyalətin Otukpo, Apa və Quma bölgələrində naməlum silahlı şəxslərin hücumlar təşkil etdiyini bildirib.
Ortom hücumlarda ən azı 134 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını qeyd edib.
Hücumları “iyrənc və qorxaqcasına” adlandıran Ortom cəmiyyəti “qanunlara əməl etməyə davam etməyə və təcavüzkarları aradan qaldırmaq üçün hər zaman ayıq-sayıq olmağa” çağırıb.
Ortom prezident Məhəmməd Buharini hücumlara son qoymaq üçün problemli bölgələrə daha çox qoşun göndərməyə çağırıb.
Fulani və əkinçi tayfalar arasında toqquşmalar baş verir.
Nigeriyanın şimalı heyvandarlıqla məşğul olan fulanilər ilə əkinçiliklə məşğul olan bəzi qəbilələr arasında ara-sıra şiddətli toqquşmalara səhnə olur.
Köçəri Fulani iddia edir ki, fermerlər heyvanlarını oğurlamağa çalışıb və onlara hücum ediblər.






