“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində icra olunan Fərdi İnkişaf Planı təlimi başa çatıb.
İnterpress.az xəbər verir ki, layihənin ilk ayı hazırlıq mərhələsi olaraq məlumatlandırma işləri aparılıb. Müraciətlər qəbul edilib. Seçim həyata keçirildikdən sonra fəaliyyət planına uyğun olaraq təlimlərə başlanılıb.
Təlim iştirakçıları 5 gün ərzində “Fərdi inkişaf planının hazırlanması”, “Özünütəqdimetmə və Ünsiyyət bacarıqları”, “Karyera Planlaşdırma”, “Peşəkar etika və davranış normaları”, “CV hazırlanması” haqqında müvafiq biliklər əldə edib, işaxtarma zamanı lazım olan alətlər, müraciət qaydaları və digər mövzuları öyrənərək diskussiyalar aparıb, eləcə də simulyativ oyunlar və qrup işlərində aktiv iştirak edib.
Təlimdən Neftçala rayonun qəsəbə və kəndlərində yaşayan işaxtaran qadınlar və qızlar faydalanıb.