Gürcüstanda uşaqlara türk adların verilməsi halları artıbbackend

Gürcüstanda uşaqlara türk adların verilməsi halları artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Gürcüstanın azərbaycanlı icması arasında, Türkiyədə geniş yayılmış adların yeni doğulmuş uşaqlara verilməsi tendensiyası artıb.

İnterpress.az məşhur türk seriallarındakı baş qəhrəmanların adlarının uşaqlara verilməsi statistikasını “Servislərin İnkişafı Agentliyi”ndən əldə edib.

Statistikaya əsasən, Kvemo-Kartli və Kaxeti bölgəsində etnik azərbaycanlı əhalinin məskunlaşdığı yaşayış məntəqələrində son dövr ərzində Türkiyədə geniş yayılmış adların, habelə məşhur türk seriallarının baş qəhrəmanlarının adlarının uşaqlara verilməsi tendensiyası sürətlə artıb. Aşağıda sizə təqdim etdiyimiz məlumatlar da bu faktı təsdiqləyir: ● Elif – 958 nəfər; ● Onur – 566 nəfər; ● Emir – 558 nəfər; ● Damla – 311 nəfər; ● Aslı – 356 nəfər; ● Miran – 235 nəfər; ● Eda – 140 nəfər; ● Nur – 133 nəfər; ● Seda – 116 nəfər; ● Selim – 88 nəfər; ● Ozan – 85 nəfər; ● Esra – 64 nəfər; ● Selena – 63 nəfər; ● Hakan – 49 nəfər; ● Zilan – 44 nəfər; ● Selin – 41 nəfər; ● Nihan – 35 nəfər; ● Dilan – 35 nəfər; ● Kadir – 29 nəfər; ● Cevdet – 21 nəfər; ● Yaman – 19 nəfər; ● Ceylan – 19 nəfər; ● Alparslan – 17 nəfər; ● Aras – 13 nəfər; ● Ezel – 12 nəfər; ● Güney – 10 nəfər; ● Defne – 9 nəfər; ● Hülya – 9 nəfər; ● Büşra – 8 nəfər; ● Baran – 8 nəfər; ● Feriha – 8 nəfər; ● Kuzey – 6 nəfər; ● Koray – 6 nəfər; ● Gökhan – 6 nəfər; ● Hazar – 5 nəfər; ● Memati – 5 nəfər; ● Reyan – 4 nəfər; ● Kerem – 4 nəfər; ● Şeyma – 4 nəfər; ● Poyraz – 2 nəfər.

Qeyd edək ki, Gürcüstanın azərbaycanlı icması arasında dini şəxsiyyətlərin adlarının uşaqlara verilməsi halları da geniş yayılıb.