Filippin və ABŞ indiyədək ən böyük birgə hərbi təlimə başlayıbbackend

Filippin və ABŞ indiyədək ən böyük birgə hərbi təlimə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Tayvan ətrafında genişmiqyaslı təlimləri başa vurmasından bir gün sonra ABŞ və Filippin indiyə qədərki ən böyük birgə hərbi təlimlərə başlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Təxminən 18 000 əsgərin iştirak etdiyi “Balitakan” (çiyin-çiyinə) təlimi Cənubi Çin dənizində başlayıb.

Təlim zamanı əsl sursatdan istifadə olunacağı bildirilib.

Sözügedən təlim Çinin Tayvanın blokadasını imitasiya edən 3 günlük təliminin bitməsindən sonra başlayıb.

Balitakan həmçinin Tayvandan təxminən 300 kilometr aralıda yerləşən ada bölgəsinə hərbi helikopterlərin enməsini də əhatə edir.

Təlim ilk dəfə prezident Ferdinand Markosun nəzarəti altında keçirilir.