Braziliyada daşqınlar minlərlə insanı evsiz qoyubbackend

Braziliyada daşqınlar minlərlə insanı evsiz qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlarda 6 nəfər həyatını itirib, minlərlə insan evsiz qalıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Maranha əyalətinin 64 şəhərində fövqəladə vəziyyət elan edilib.

Daşqınlar səbəbindən 7700 ailənin evsiz qaldığı, 35 mindən çox insanın təxliyə edildiyi qeyd edilib.

Axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi daşqın bölgələrində indiyədək 6 nəfər həyatını itirib.

Təbii fəlakət bölgəsindəki Trizidela do Vale şəhərini havadan tədqiq edən prezident Luiz İnasio Lula da Silva yerli hakimiyyət orqanlarından məlumat alıb.

Lula da Silva daha sonra seldən ən çox zərər çəkən Bacabal məhəlləsinə baş çəkib, vətəndaşlarla görüşüb.

Ən son Braziliyanın San-Paulu ştatında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 65 nəfər ölüb, 2000-dən çox insan evsiz qalıb.