Peruda sərnişin avtobusu aşıb: 10 nəfər ölüb, 25 nəfər yaralanıbbackend

Peruda sərnişin avtobusu aşıb: 10 nəfər ölüb, 25 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Peruda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində ilk təsbitlərə görə 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkənin Huaroçiri əyalətinin Çikla qraflığında magistral yolda sərnişin avtobusu idarəetməni itirərək çaya düşüb.

İlkin məlumata görə, qəzada 10 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 25 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım və polis qrupları sövq edilərək yaralıları xəstəxanaya çatdırıb.