ABŞ-ın Virciniya ştatında müəllimini güllələyən 6 yaşlı şagirdin anası “övladına etinasızlıq etməkdə” təqsirli bilinib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Evdən gətirdiyi silahla müəllimini yaralayan uşağın anası Deja Taylor Newport News şəhərində baş verən hadisədən sonra açılan istintaq çərçivəsində uşağa baxımsızlıq və uşağı təhlükəyə atmaqda günahkar bilinib.
Virciniya Prokurorluğundan bildirilib ki, məhkəmə Deja Tayloru 6 yanvar 2023-cü ildə Richneckdə baş verən atışma ilə bağlı təqsirli bilib.
Qeyd edək ki, hadisə zamanı 25 yaşlı müəllim əlindən və sinəsindən güllə yarası alıb.