SON DƏQİQƏ: Axund namaz qılarkən bıçaqlandıbackend

SON DƏQİQƏ: Axund namaz qılarkən bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində bazar günü səhər namazını qılarkən məscid imamı bıçaqla hücuma məruz qalıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ömər məscidinin imamı Seyid Əl-Nəkib aprelin 9-u bazar günü səhər namazını qılarkən səcdədə olan zaman camaat arasında gizlənən hücumçu tərəfindən bıçaqlanıb.

Hadisə anbaan məscidin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Belə ki, cinayətkar səcdə edən camaatın üstündən tullanaraq bıçaqla 65 yaşlı imamın kürəyindən bıçaqlayıb.

Daha sonra əlindəki bıçaqla ona mane olmaq istəyənləri hədələyən şəxs qaçmaq istəyərkən camaat tərəfindən saxlanılıb və polisə təhvil verilib.

İmam isə xəstəxanaya yerləşdirilib və həyati təhlükəsi yoxdur.

Faktla bağlı istintaq davam edir.