Çində “Qum fırtınası” xəbərdarlığı edilibbackend

Çində “Qum fırtınası” xəbərdarlığı edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimalındakı çöl və səhra bölgələrində soyuq hava və güclü külək nəticəsində yaranan qum fırtınalarının 18-dən çox bölgəyə təsir edəcəyi barədə xəbərdarlıq edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, Sincan-Uyğur, Daxili Monqolustan və Ningxia Hui muxtar vilayətləri, Qansu, Şaanşi, Şansi, Hibey, Şandunq, Liaonin, Cilin, Heylonciang, Hubey, Hanan, Anhui, Ciangsu əyalətləri və paytaxt Pekin, Şanxay və Tianjin qum fırtınalarından təsirlənəcək.

Bu, bu il Çinin şimal və şimal-şərqi üçün 4-cü qum fırtınası xəbərdarlığıdır.

Çinin dörd mərhələli meteoroloji xəbərdarlıq sistemində mavidən sonra müvafiq olaraq sarı, narıncı və qırmızı xəbərdarlıq səviyyələri gəlir.

Meteoroloqlar qeyd ediblər ki, qış aylarında şimal səhra və çöllərdə kifayət qədər yağıntının olmaması səbəbindən yer səthində yığılmış qum və toz şimaldan cənuba əsən küləklər tərəfindən daşınaraq qum fırtınalarına səbəb olub.