Cənubi Koreyanın sahilyanı Qanqneung şəhərində çoxlu evə ziyan vuran və yüzlərlə insanın təxliyyə edilməsinə səbəb olan meşə yanğını ilə mübarizə aparılır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Cənubi Koreyada Qanqvon əyalətinin qubernatoru Kim Jin-tae bildirib ki, Qanqnunun mərkəzi hissəsindəki dağlıq ərazidə başlayan yanğını söndürmək üçün bölgəyə 700-dən çox yanğınsöndürən və 300 maşın göndərilib.
Yanğın zamanı azı 44 evə ziyan dəyib, 300-dən çox sakin təxliyə edilib.
Güclü küləklər yanğınsöndürən təyyarələrin hərəkət qabiliyyətini zəiflətdiyindən komandaların yanğına reaksiya verməsi çətinləşir.