Ekvadorda limana silahlı hücum: 8 balıqçı həlak olubbackend

Ekvadorda limana silahlı hücum: 8 balıqçı həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Ekvadorda limana silahlı hücum nəticəsində 8 balıqçı həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Esmeraldasda qayıqlarla limana yaxınlaşan maskalı şəxslər silahlı hücuma məruz qalıb.

Hücum nəticəsində 8 balıqçı həyatını itirib. Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.

15 təcavüzkar gəldikləri qayıqlarla hadisə yerindən qaçıb.

Eyni şəhərdə, 2022-ci il noyabrın 1-də iki polisin öldürülməsindən sonra hökumət fövqəladə vəziyyət elan etdi.

Məlumdur ki, ölkədəki narkotik dəstələri əraziyə hakim olmaq və bir-birindən üstün olmaq üçün amansızcasına hücum edirlər.