Meksikanın Verakruz ştatında 18 çuxurda 20-dən çox cəsəd tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Kordoba şəhərində bir müddətdir qazıntı işləri aparan qruplar xüsusi itlərin müşayiəti ilə çoxlu cəsəd aşkarlayıb.
18 çuxurda aparılan qazıntılarda 20-dən çox cəsədin tapıldığı, 22 çuxurda araşdırmaların davam etdirildiyi bildirilib.
Dövlət Baş Prokurorluğundan verilən məlumata görə, meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibb İnstitutunun obyektlərinə aparılıb.
Bölgədə qazıntı işlərinin davam etdiriləcəyi paylaşılıb.