Hindistanın şimalında hərbi bazaya silahlı hücum nəticəsində 4 nəfər ölübbackend

Hindistanın şimalında hərbi bazaya silahlı hücum nəticəsində 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimalındakı Pəncab əyalətində hərbi bazaya silahlı hücum nəticəsində 4 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ordu sözçüsü açıqlamasında yerli vaxtla saat 04:35-də Bathinda bölgəsindəki hərbi bazaya silahlı hücumun həyata keçirildiyini bildirib.

Sözçü hücumda 4 nəfərin öldüyünü və baza ətrafında hücum edənlərin axtarışlarının davam etdiyini bildirib.

Bathindada yüksək rütbəli polis məmuru Gulneet Singh Khurana polis qrupunun hərbi bazanın kənarında gözlədiyi barədə məlumatı NDTV-yə paylaşaraq, hadisənin terror hücumu deyil, “şəxsi düşmənçilik” zəminində baş vermə ehtimalına diqqət yetirdiklərini bildirib.