Biləsuvarda apteklərdə uşaq bezləri tapılmırbackend

Biləsuvarda apteklərdə uşaq bezləri tapılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvarda apteklərdə bəzi uşaq bezləri tapılmır.

Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, Türkiyə istehsalı olan uşaq bezləri apteklərdə yoxa çıxıb. Əsasən daha çox istifadə olunan 3, 4 və 5 nömrəli bezlər tapılmır.

Apteklərdən isə bildirilib ki, həqiqətən sözügedən bəzi uşaq bezləri satışda yoxdur.

Buna səbəb onların depoda da bitməsidir. Lakin yaxın vaxtlarda bezlərin ölkəyə gətirilməsi gözlənilir.