Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaya rəhbər təyin edib.
İnterpressş.az-ın xəbərinə görə, siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ermənistanın təxribatı nəticəsində sərhəddə baş verən son döyüşlərdən sonra Bakının bu gedişinin birdən çox məqsədi var:
– beynəlxalq oyunçulara hərbi eskalasiyada yox, sərhədin müəyyən edilməsində maraqlı olduğunu göstərir;
– danışıqların yeni raundunda delimitasiya tələbini ön plana çıxarmağa hazırlaşır;
– delimitasiyanı (xəritələr üzərində) birtərəfli qaydada müəyyən edərək, növbəti görüşdə gündəliyə daxil edə bilər;
“ABŞ və Rusiya yeni görüşün keçirilməsi istiqamətində çalışır. Növbəti görüşün kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq, rəsmi Bakı sərhəd məsələsini aktullaşdıracaq. Bu, Laçın dəhlizinin Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin qurulması baxımından da vacibdir”, – o bildirib.