G7-nin maliyyə nazirləri makroiqtisadi və maliyyə sabitliyini qorumaq və təchizat zəncirinin müxtəlifliyini artırmaq öhdəliyi götürüblər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri ABŞ-ın paytaxtı Vaşinqtonda keçirdikləri görüşdən sonra birgə bəyanatla çıxış ediblər.
Qlobal iqtisadi və maliyyə sektorunda baş verən son hadisələrin müzakirə edildiyi iclasda makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanması əzmi bir daha vurğulanıb.