Türkiyədə Cunda adası mühafizə olunması vacib olan həssas ərazi elan edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Balıkəsirdə Ayvalık mahalı sərhədləri daxilində yerləşən adanın mühafizə olunması ilə bağlı qərar qəbul olunub.
Belə ki, Ada Təbiət Sahəsinin qorunma statusunun yenidən qiymətləndirilməsi nəticəsində qeydiyyata alınaraq qorunacaq həssas ərazi kimi elan edilməsinə qərar verilib.