Fransanın Marsel şəhərində aprelin 8-dən 9-na keçən gecə baş verən partlayışdan sonra çökən binada həyatını itirənlərin sayı 8-ə yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dağıntılar altında qalan son 2 nəfərin cəsədinin də çıxarıldığını bildirib.
Həyatını itirənlərin sayı 8-ə yüksələrkən, ölənlərin şəxsiyyətlərinin müəyyən edildiyi bildirilib.
Fransanın Marsel şəhərində aprelin 8-dən 9-na keçən gecə Tivoli rayonunda 5 mərtəbəli bina partlayışdan sonra uçub, ilkin məlumata görə, 33 nəfər xəsarət alıb.
Təhlükəsizlik məqsədilə ətrafdakı binalardan 200-ə yaxın insan təxliyə edilib.
Hadisə ilə bağlı araşdırma başladılıb və səlahiyyətlilər partlayışın qaz sızması nəticəsində baş vermə ehtimalına diqqət yetirdiklərini açıqlayıb.