Əsas sual budur: ABŞ hara qədər Ukraynanın yanında olacaq?backend

Əsas sual budur: ABŞ hara qədər Ukraynanın yanında olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns deyib ki, Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynanı darmadağın edə biləcəyinə inandığı üçün danışıqlara ciddi yanaşmır. Onun sözlərinə görə, Ukraynanın planlaşdırdığı əks-hücum əməliyyatı çox vacibdir, çünki məhz Silahlı Qüvvələrin döyüş meydanında irəliləməsi çox güman ki, danışıqlar perspektivini formalaşdıracaq.

“Əsl ölkələr müqavimət göstərir. Putin müharibədən əvvəl Ukrayna ilə bağlı fərziyyələrində dərindən yanılmışdı”, – Börns vurğulayıb.

O əlavə edib ki, kəşfiyyat məlumatlarının mübadiləsi də daxil olmaqla, ABŞ-dən Ukraynaya gələcək dəstəyin davam etdirilməsi çox vacibdir.

Məlum olduğu kimi, Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır. Prezident Volodimir Zelenski və müdafiə naziri Oliksuy Reznikov artq bunun anonsunu veriblər. ABŞ-ın ritorikası bu dövlətin əks-hücum əməliyyatlarında birbaşa maraqlı olduğunu göstərir.

U. Börnsün əks – hücum əməliyyatlarını “çox vacib” adlandırması əslində ABŞ-ın məsələyə münasibətindən xəbər verir. Görünür, Vaşinqton Kiyevi əks-hücum əməliyyatlarına daha çox təhrik edir.
Fikrimcə, MKİ direktoru Putinin hələ də Ukraynanı darmadağın edə biləcəyinə inandığını təsadüfi olaraq xatırlatmayıb. Ola bilsin, o, bununla həm də Kiyevə xəbərdarlıq etmək istəyib. Börns demək istəyib ki, Ukraynanın ABŞ-a arxalanmaqdan başqa yolu yoxdur.

ABŞ dövlət departamentinin rəhbəri Entoni Blinken daha əvvəl əks – hücum əməliyyatları barədə danışarkən Vaşinqtonun Kiyevi dəstəkləyəcəyini bildirmişdi.

Ola bilsin, ehtimal edilən əks-hücum əməliyyatları ilə bağlı ABŞ-la Ukrayna arasında fikir ayrılığı var. Bəlkə də, rəsmi Kiyev Vaşinqona tam güvənmir. Amma əks-hücum əməliyyatları böyük ehtimalla yaxın vaxtda başlayacaq. Çünki ləngimə, xüsusilə Baxmut şəhərinin əldən çıxması ilə nəticələnə bilər. Bu isə Rusiyanın Donetsk vilayətində nəzarətinin güclənməsi deməkdir.
İndi əsas sual budur: Ukrayna əks-hücum əməliyyatlarına başlayarsa, ABŞ hara qədər bu dövlətin yanında olacaq?

Kənan Novruzov
İnterpress.az