ABŞ-ın Kaliforniya ştatında narkotikdən istifadə edən hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində narkotikdən istifadə edən hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirib.
Narkomanların və evsizlərin yaşadığı Tenderloin səmtindəki Union Meydanında uşaq dünyaya gətirən qadın ətrafdakıların xəbərdarlığı ilə xəstəxanaya aparılıb.
Doğum anını qeydə alan vətəndaşın paylaşdığı videoda hamilə qadının yeni doğulan körpəsini qucaqlamağa çalışdığı, yanına gələn iki nəfərin isə qadına kömək etməyə çalışdığı görülüb.
Qadının və körpəsinin vəziyyətinin stabil olduğu bildirilib.